Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird - FOTOREPORTAJ

Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird - FOTOREPORTAJ O, Kür çayını qayıqla keçərək dərsə gedir
Elm və təhsil
197
7 Mart , 2019 14:04
Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird - FOTOREPORTAJ

Bərdə. 7 mart. REPORT.AZ/ Bərdə rayonundan bir uşaq hər gün 10 kilometr piyada Zərdab rayonuna məktəbə gedir.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Bərdənin "Babameşə" adlanan ərazisində yaşayan Laçından olan məcburi köçkün, 13 yaşlı Əli Rəsul oğlu Hümbətov Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbinin 5-ci sinifində oxuyur. O, dərsə getmək üçün hər gün Kür çayını qayıqla keçməklə 10 kilometrlik yolu piyada gedir. 

Ə.Hümbətov 5 ildir eyni yolla təhsil aldığı məktəbə bu şəkildə getdiyini bildirib: "Səhər saat 8-də evdən çıxıram təqribən 1 saat yol gedəndən sonra məktəbə çatıram. Məsafə uzun olsa da məktəbə gecikimirəm və dərsdən qalmıram. Əksinə, hamıdan birinci məktəbdə oluram. Bütün qiymətlərim "əla"dır. Dərslərimi yaxşı oxuyuram və gələcəkdə polis olmaq istəyirəm. Məktəbin müəllimləri, şagirdləri Xasa kəndinin sakinləri mənə qarşı çox mehribandırlar."

Qeyd edək ki, Bərdə rayonunun "Babameşə" ərazisi rayonun ən ucqar yaşayış məntəqəsindən, təxminən, 25 kilometr aralıda yerləşir. Sözügedən ərazidə Laçından olan 10-a yaxın məcburi köçkün ailəsi məskunlaşıb. Burada məskunlaşan məcburi köçkünlərin əsas məşğuliyyəti maldarlıqdır. Ərazidə yalnız Əli Hümbətov məktəbə gedir. 

Qeyd edək ki, Zərdab rayon M.Umudov adına Xasa kənd ümumi orta məktəbində 80 şagird təhsil alır ki, bunların təlim-tərbiyəsi ilə 17 nəfərlik pedaqoji kollektiv çalışır.

Son xəbərlər

Orphus sistemi