Çində təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Çində təhsil alan azərbaycanlıların sayı açıqlanıb 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb
Elm və təhsil
11 Aprel , 2015 17:31
Çində təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu Azərbaycanın Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanan sazişə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycanın Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci, Pekindən təhsil yerinə bilet, aylıq yaşayış xərci ÇXR tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur.

Sazişə uyğun olaraq, hazırda 38 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni Çin ədəbiyyatı, Uşu, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: http://xaricdetehsil.edu.gov.az/uploads/CXR/%C3%87in_Elan_final.pdf

Son xəbərlər

Orphus sistemi