​“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunub

​“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunub Ali Məktəbdə şirkətin çoxfunksional mərkəzi yaradılacaq
Elm və təhsil
21 Noyabr , 2014 10:49
​“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ "Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçristin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. "Report" xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov Azərbaycan alimlərinin xarici şirkətlərdə çalışaraq ölkəni yüksək səviyyədə təmsil etdiyini, onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq gənc mühəndislərin yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb. O, "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və Ali Məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib.

Rektor, həmçinin aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd edib və bildirib ki, onların şirkətdə ödənişli təcrübə keçdiyi müddətdə, nəinki fərdi şəxsiyyət kimi dünya görüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verib. “Halliburton” şirkətinin nümayəndələrinə - qurumun ölkə üzrə meneceri Rəndi Gilçrist, qazmada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubova, Maili qazma üzrə koordinator Teymur Əliyevə, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova Bakı Ali Neft Məktəbinin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında məlumat verilib və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirilib.

Öz növbəsində "Halliburton" şirkətinin ölkə üzrə meneceri Rəndi Gilçrist BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür edib və tələbələrin praktiki bilikləri ilə yanaşı nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasını müsbət dəyərləndirib, bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqləyib.

Daha sonra BANM-in rəhbərliyi, professor-müəllim heyəti və "Halliburton" şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-in təlim-tədris sisteminə qoşulmalarına və “Haliburton” şirkətinin Ali Məktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və "Halliburton" günü adlı tədbirin təşkil olunnmasına dair müzakirələr aparılıb.

“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin sualları cavablandırılıb və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmələri üçün seçiləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi