Gürcüstanda peşə təhsili alan əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yerdədir

Gürcüstanda peşə təhsili alan əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yerdədir Gürcüstanda 2015-2018-ci illərdə peşə məktəblərinə qəbul olunan əcnəbi vətəndaşların sayı 233 nəfər təşkil edib.
Elm və təhsil
4 Noyabr , 2019 16:26
Gürcüstanda peşə təhsili alan əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yerdədir

Gürcüstanda 2015-2018-ci illərdə peşə məktəblərinə qəbul olunan əcnəbi vətəndaşların sayı 233 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

Son dörd ildə qonşu ölkəyə peşə təhsili üçün yollanan xarici vətəndaşların sayı baxımından Azərbaycan birinci yerdədir. Peşə məktəblərinə daxil olan əcnəbi tələbələrin 165 nəfərini və yaxud 71%-ni Azərbaycan vətəndaşları təşkil edib. Hesabat dövründə Gürcüstanda peşə təhsili alan əcnəbilərin 34-ü Rusiya, 8-i Ermənistan, 7-si Ukrayna, 8-i digər ölkə vətəndaşı, 11-i isə vətəndaşlağı olmayan şəxslər olub.

Sənəddə qeyd olunub ki, son illər Gürcüstanda peşə təhsili alan əcnəbilərin sayı azalıb. Təkcə 2018-ci ildə qonşu ölkənin peşə təhsili müəssisələrinə 20 əcnəbi tələbə qəbul olub ki, bu da 2015-ci illə müqayisədə 88 nəfər, 2017-ci illə müqayisədə isə 13 nəfər azdır.

Son xəbərlər

Orphus sistemi