Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb - FOTO

Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb - FOTO Arxeloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə müxtəlif formalı gil qablar, rəngli kasalar tapılıb
Elm və təhsil
8 Avqust , 2017 11:25
Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb - FOTO
Report.az

Goranboy. 8 avqust. REPORT.AZ/ Goranboyda XII əsrə aid məişət əşyaları aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, əşyalar rayonun Borsunlu kəndi ərazisində boru kəmərinin çəklişləri zamanı üzə çıxıb.

Arxeloqların tədqiqatı zamanı ərazidən həmin dövrdə istifadə edilən çıraq, nehrə müxtəlif formalı gil qablar, rəngli kasalar tapılıb. Alimlərin fikrincə, üzərində müxtəlif naxışlar, bəzəklər olan gildən hazırlanan qablar 900 ilə yaxın vaxt keçməsinə baxmayaraq öz keyfiyyətini itirməyib. Tapılan əşyalar arasında kubok formalı iri qablar, böyük qapaqlar, bardaqlar daha çoxdur. Tarixçilər bunun ərazidə sənətkarlığın inkişaf etdiyini, şəhər mədəniyyətinin formalaşdığının göstəricisi olduğunu deyiblər. Məişətdə istifadə olunan əşyaların hazırlanması həmin dövr insanları üçün o qədərdə çətinlik yaratmayıb.

Borsunlu ərazisində tapılan maddi-mədəniyyət nümünələri ərazidə geniş arxeloji qazıntı işlərinin aparılmasını labüd edib.

Qeyd edək ki, Borsunlu kəndi ərazisində tapılan 30-a yaxın eksponat Goranboy Tarix Diyarşunaslıq Müzeyinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi