Geologiya və Geofizika İnstitutunun əməkdaşları vulkan püskürən əraziyə yollanıb

Geologiya və Geofizika İnstitutunun əməkdaşları vulkan püskürən əraziyə yollanıb Bakı. 13 fevral. REPORT.AZ/ AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.
Elm və təhsil
112767
13 Fevral , 2019 12:44
Geologiya və Geofizika İnstitutunun əməkdaşları vulkan püskürən əraziyə yollanıb

Bakı. 13 fevral. REPORT.AZ/ AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.

Bu barədə “Report”a açıqlamasında həmin şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil  Əliyev məlumat verib.

O bildirib ki, hazırda əməkdaşlar təbiət hadisəsinin baş verdiyi Quşçu kəndindədir: “Quşçu kəndinin yaxınlığında püskürən vulkanın adı “Quşçu” vulkanıdır. Ümid edirik ki, vulkan püskürməsi o qədər də güclü olmayıb”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) isə "Report"a bildirilib ki, vulkan püskürməsi yerli vaxtla 06:25-də qeydə alınıb: "Püskürmə 1 dəqiqə 30 saniyə davam edib".

Səid Qərib

Son xəbərlər

Orphus sistemi