Gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edilib Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının bu il üçün ikinci iclası keçirilib.
Elm və təhsil
4 iyun 2019 08:16
Gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının bu il üçün ikinci iclası keçirilib. 

Bu barədə "Report"a fonddan məlumat verilib. 

İclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib və Gənclərin Məşğulluq Proqramı, Xaricdə Təhsil Proqramı, GəncLik və YayFest proqramları, bu ilin birinci yarısında görülən işlər barədə hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra bu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib, gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyən edilib. 

XII qrant müsabiqəsinin elan olunmasına qərar verilib.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi