Gənclər Fondunun 10 illik yubileyi ilə bağlı festival təşkil olunub

Gənclər Fondunun 10 illik yubileyi ilə bağlı festival təşkil olunub Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Gənclər Fondunun 10 illik yubileyi münasibətilə Dənizkənarı Milli Park ərazisində gənclər festivalı təşkil olunub.
Elm və təhsil
27 May , 2022 15:42
Gənclər Fondunun 10 illik yubileyi ilə bağlı festival təşkil olunub

Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən Gənclər Fondunun 10 illik yubileyi münasibətilə Dənizkənarı Milli Park ərazisində gənclər festivalı təşkil olunub.

"Report" xəbər verir ki, festivalda Fondun həyata keçirdiyi proqramlar və iri miqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları nümayiş etdirilib.

Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi