Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq

Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.
Elm və təhsil
14 Fevral , 2019 20:38
Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.

"Report" xəbər verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını deyib. Bildirilib ki, ümumilikdə, 20 nəfərlik heyət uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır.

Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.

Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi