Gəncədə “QHT Məktəbi”nin təqdimatı keçirilib

Gəncədə “QHT Məktəbi”nin təqdimatı keçirilib İlk təlim proqramında 60 nəfər iştirak hüququ əldə edib
Elm və təhsil
13 May , 2016 12:47
Gəncədə “QHT Məktəbi”nin təqdimatı keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi”nin Gəncə şəhərində təqdimatı və ilk təlimi başlayıb.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

Məhsəti Gəncəvi Mərkəzində baş tutan təqdimatı giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofsinin rəhbəri Aygün Həsənzadə açaraq, “QHT Məktəbi” haqqında iştirakçılara dolğun məlumat verib. O bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən “QHT Məktəbi”nin əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etməyi, QHT nümayəndələrinin bilik və bacarığını, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir.

Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Samirə Həsənova “QHT Məktəbi”nin 2016-cı il il “Avropa Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhərində təşkil edilməsinin əhəmiyyətini qeyd edərək, təşkil ediləcək təlim proqramının şəhər gəncləri üçün faydalı olacağını vurğulayıb.

Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova və Fəal Qadınlar Birliyinin sədri Samirə Ələkəbərova da çıxış edərək, vətəndaş cəmiyyətinin inkişafında “QHT Məktəbi”nin rolu və əhəmiyyəti barədə təqdimat iştirakçıları ilə fikirlərini bölüşüblər. Bildiriblər ki, “QHT Məktəbi” yaşından asılı olmayaraq, hər bir insanın ictimai fəal subyektə çevrilməsinə şərait yaradır.

Təqdimata 170 nəfər öz müraciəti əsasında qatılsa da, “QHT Məktəbi”ndə iştirak etmək qaydalarına uyğun olaraq, 60 nəfər ilk təlim proqramında iştirak hüququ əldə edə bilib.

Daha sonra ilk təlim proqramı başlayıb.

Qeyd edək ki, 2 ay davam edəcək təlim proqramında iştirakçılara QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunacaq.

Son xəbərlər

Orphus sistemi