​Gəncədə iki yeni tələbə yataqxanası tikilir

​Gəncədə iki yeni tələbə yataqxanası tikilir Yataqxanalardan biri sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək
Elm və təhsil
17 İyul , 2015 12:44
​Gəncədə iki yeni tələbə yataqxanası tikilir

Bakı. 17 iyul. REPORT.AZ/ Gəncə şəhərində Dövlət Aqrar Universitetinin müasir tələblərə cavab verən iki yataqxana kompleksi tikilir. Universitetdən "Report"a daxil olan xəbərə görə, hər yataqxanada 630 nəfər (ümumilikdə 1 260 nəfər) tələbənin yerləşdirilməsi nəzərdə tutulur. Otaqların hamısı 2 nəfərlikdir. 

Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək.

Qeyd olunur ki, hər iki yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişətləri ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi