Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev ictimaiyyətə təqdim edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı Gəncə Şəhər Təhsil İdarəsinin binasında tədbir keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, təhsil idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Gəncə, Naftalan Şəhər Təhsil idarələri, Daşkəsən, Göygöl, Samux və Goranboy Rayon Təhsil şöbələri var.
