Gələn ilin yanvarında Azərbaycana yeni seysmik stansiyalar gətiriləcək

Gələn ilin yanvarında Azərbaycana yeni seysmik stansiyalar gətiriləcək “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.
Elm və təhsil
22 İyul , 2020 13:30
Gələn ilin yanvarında Azərbaycana yeni seysmik stansiyalar gətiriləcək

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. 

“Report” xəbər verir ki, bu barədə “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsinin icrası ilə tərəfdaş ölkələr arasında keçirilən videokonfransda bildirilib.

Qeyd olunub ki, hazırda dünya ölkələrində COVID-19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb. 
 

Son xəbərlər

Orphus sistemi