Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.
Elm və təhsil
1994
27 Oktyabr , 2021 09:21
Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Son xəbərlər

Orphus sistemi