Fuad Muradov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Fuad Muradov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb Tbilisi. 14 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Elm və təhsil
14 İyun , 2018 17:41
Fuad Muradov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
0 : 00
0 : 00

Tbilisi. 14 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş ofisində keçirilən görüşdə bu ölkədə yaşayan azərbaycanlıların təhsil məsələləri, gənclərin yerli cəmiyyətə, Avropaya inteqrasiyası, ana dili ilə yanaşı, dövlət dili və xarici dilləri də öyrənmələrinin vacibliyi və s. məsələlər müzakirə olunub.

F.Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə diqqət və qayğı ilə yanaşır. 

Sonra tələbələr onları narahat edən, maraqlandıran məsələlər barədə Dövlət Komitəsi sədrinə müraciət ediblər.

F.Muradov onların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Sonda təhsildə fərqlənən 10 nəfər tələbəyə kompüter hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi