Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb Bakı. 28 iyul. REPORT.AZ/ Fransda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Elm və təhsil
28 İyul , 2018 16:25
Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Fransda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib.  

Təyyarənin göyərtəsində 4 nəfər olub. Ölənlərdən biri təyyarənin pilotu, biri isə sərnişindir. Digər sərnişinlərin durumu barədə məlum verilməyib. 

İlkin ehtimala görə, təyyarə havaya qalxdıqdan sonra lazım olan yüksəkliyə qalxa bilməyib və qəzaya uğrayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi