Folklor İnstitutunun nəzdində yeni şöbə yaradılıb

Folklor İnstitutunun nəzdində yeni şöbə yaradılıb Məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilidir
Elm və təhsil
21 Yanvar , 2015 17:00
Folklor İnstitutunun nəzdində yeni şöbə yaradılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ AMEA Folklor İnstitutunun nəzdində “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb. "Report" xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. 

Belə ki, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, AMEA-nın Folklor İnstitutunun nəzdində "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradılıb. Əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi