Nazir müavini: "Ali təhsildə innovasiya işlərinə diqqət yetiriləcək"

Nazir müavini: "Ali təhsildə innovasiya işlərinə diqqət yetiriləcək" Bakı. 1 mart. REPORT.AZ/ Müasir dövrdə elm və təhsilin qarşısında çoxlu çağırışlar və vəzifələr dayanır. Elm və texnologiyalar çox güclü inkişaf etdiyindən bir çox hallarda təhsil sahəsi bu inkişafa uyğunlaşa bilmir.
Elm və təhsil
1 Mart , 2019 11:19
Nazir müavini: Ali təhsildə innovasiya işlərinə diqqət yetiriləcək
0 : 00
0 : 00

Bakı. 1 mart. REPORT.AZ/ "Müasir dövrdə elm və təhsilin qarşısında çoxlu çağırışlar və vəzifələr dayanır. Elm və texnologiyalar çox güclü inkişaf etdiyindən bir çox hallarda təhsil sahəsi bu inkişafa uyğunlaşa bilmir".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihənin təqdimatında deyib.

Nazir müavini qeyd edib ki, ona görə də təhsilin qarşısında dayanan vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir.

O vurğulayıb ki, Azərbaycanda bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirilir: "Bunun nəticəsi olaraq, bu il yanvarın 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" sərəncam imzalayıb. Bu sərəncamda elmi, təhsil və sənaye müəssisələrinə bütün sahələrdə innovasiya fəaliyyətinin inkişafına diqqət yetirilməsi tapşırılıb".

Bu işə dövlət səviyyəsində nəzarətin edildiyini deyən F.Qurbanov bildirib ki, bütün sahələrdə innovasiya işlərinin inkişaf etdirilməsi üçün xüsusi işçi qrupu yaradılır: "Bu iş artıq Prezident Administrasiyası tərəfindən tənzimlənir, bu istiqamətdə konkret layihələr və planlar hazırlanır. Bununla yanaşı, ali təhsilin rəqabətliliyinin artırılması üçün ali təhsildə innovasiya işlərinə və beynəlxalq əməkdaşlığa diqqət yetiriləcək. Doktorantura səviyyəsi üzrə innovasiya layihələrin icrası nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi