"Fənərbağça"nın müdafiəçisi "Çelsi"yə keçir

"Fənərbağça"nın müdafiəçisi "Çelsi"yə keçir Macarıstan millisinin və Türkiyə "Fənərbağça"sının futbolçusu Atilla Salai karyerasını İngiltərədə davam etdirəcək.
Elm və təhsil
556
6 Dekabr , 2021 21:25
Fənərbağçanın müdafiəçisi Çelsiyə keçir

Macarıstan millisinin və Türkiyə "Fənərbağça"sının futbolçusu Atilla Salai karyerasını İngiltərədə davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə Macarıstan yığmasının baş məşqçisi Markon Rossi "Calciomercato" nəşrinə açıqlama verib.

57 yaşlı mütəxəssis 23 yaşlı müdafiəçinin qış fasiləsində "Çelsi"yə transfer olunacağını bildirib. London klubunun bu keçid üçün İstanbul təmsilçisinə ən azı 20 milyon avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, Atilla Salai "Fənərbağça"ya 2021-ci ilin yanvarında Kiprin "Apollon" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi