Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub

Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.
Elm və təhsil
7194
13 Oktyabr , 2020 11:46
Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.

Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb. 

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri də həlak olmuşdu.

Son xəbərlər

Orphus sistemi