Əqli Mülkiyyət Agentliyi beynəlxalq qurumun mandatının uzadılmasını dəstəkləyir

Əqli Mülkiyyət Agentliyi beynəlxalq qurumun mandatının uzadılmasını dəstəkləyir Azərbaycan Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin mandatının daha iki il müddətə uzadılması təklifini dəstəkləyir.
Elm və təhsil
9 Oktyabr , 2019 17:59
Əqli Mülkiyyət Agentliyi beynəlxalq qurumun mandatının uzadılmasını dəstəkləyir

Azərbaycan Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin mandatının daha iki il müddətə uzadılması təklifini dəstəkləyir.

Əqli Mülkiyyət Agentliyindən "Report"a verilən məlumata görə, bu barədə Agentliyin nümayəndə heyətinin üzvü Gəray Dadaşov Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Tədbirdə Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin (HK) hesabatı dinlənilib və bu Komitənin mandatının 2019-2021-ci illər ücün iki illik müddətə uzadılması məsələsi müzakirə edilib.

G.Dadaşov bildirib ki, Azərbaycan Assambleyada edilən çıxışlarda ənənəvi mədəniyyət ifadələrinin (folklorun), ənənəvi biliklərin və genetik resursların qorunması ilə bağlı ifadə edilən narahatçılıqlarla bölüşür: "Bununla əlaqədar Hökumətlərarası Komitənin mandatının növbəti iki illik müddətə uzadılması təklifini dəstəkləyir. Biz ümid edirik ki, siyasi iradə, qeyri-trivial yanaşmalar və konstruktivlik ruhu bu Komitənin sessiyalarında tərəflər üzərinə öhdəliklər qoyan hüquqi aktların layihələrinin hazırlanması və müvafiq Diplomatik konfransda qəbul edilməsi ilə nəticələnəcək”.

Müzakirələrdən sonra Assambleyanın səsverməsi nəticəsində HK-nin mandatının uzadılması qəbul edilib.

HK-nin sessiyalarında aşağıdakı hüquqi sənədlərin layihələrinin razılaşdırılması məsələsi durur:

- Ənənəvi biliklərin qorunması: maddələrin layihələri;

- Ənənəvi mədəniyyət ifadələrinin qorunması: maddələrin layihələri;

- Əqli mülkiyyət, genetik resurslar və genetik resurslarla əlaqəli ənənəvi biliklər sahəsində beynəlxalq hüquqi sənədin layihəsi.

Zəngin ənənəvi bilik və ənənəvi mədəniyyət ifadələrinin (folklorun) xalqımızın mədəni irsinin incilərindən olduğunu nəzərə alsaq, bu sənədlərin qəbul edilməsi onların beynəlxalq səviyyədə daha etibarlı qorunmasına dəstək ola bilərdi.

Qeyd edək ki, 2003-cü ildə ”Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. ÜƏMT ölkələri arasında sahə üzrə ilk milli qanun olan bu sənəd Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.  

Son xəbərlər

Orphus sistemi