Ən yüksək nəticə göstərən 10 tələbəyə YAP təqaüdü veriləcək

Ən yüksək nəticə göstərən 10 tələbəyə YAP təqaüdü veriləcək "Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb".
Elm və təhsil
14 Sentyabr , 2020 11:28
Ən yüksək nəticə göstərən 10 tələbəyə YAP təqaüdü veriləcək

"Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. 

O bildirib ki, partiya təqaüdünə namizədləri Təhsil Nazirliyinin təqdim etməsi nəzərdə tutulur: "Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhvə verə biləcək.” 

Hüseyn Paşayev qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.

Son xəbərlər

Orphus sistemi