“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub

“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar arasında elan olunan “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub. AMEA-nın “Gənclər üçün Akademik Əli Quliyev mükafatı” sahibinə təqdim edilib.
Elm və təhsil
4 İyun , 2019 13:59
“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar arasında elan olunan “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub. AMEA-nın “Gənclər üçün Akademik Əli Quliyev mükafatı” sahibinə təqdim edilib.

AMEA-dan "Report"a verilən məlumata görə, hər iki müsabiqə üzrə 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova 134 balla müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova 112 balla müsabiqənin II yerinə, 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova 107 balla müsabiqənin III yerinə, 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə 87 balla müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə 9 saylı laboratoriyanın kiçik elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov “Gənclər üçün Akademik Əli Quliyev” mükafatına layiq görülüblər.

Sonda qaliblərə diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi