Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezidentə təşəkkür edib

Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezidentə təşəkkür edib Elm və Təhsil naziri Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Elm və təhsil
18 Avqust , 2022 16:31
Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezidentə təşəkkür edib
Emin Əmrullayev

Elm və Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib

"Report" xəbər verir ki, təşəkkür mətnində deyilir:

"Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi