Emin Əmrullayev: "Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur"

Emin Əmrullayev: "Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur" “Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”.
Elm və təhsil
4 Avqust , 2021 17:56
Emin Əmrullayev: Məktəblərdə dərs saatı az olan müəllimlərin sayı çoxdur

“Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkədə fəaliyyət göstərən məktəblərdə az dərs saatı olan müəllimlərin sayı çoxdur.

Təhsil naziri müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə keçirilən imtahanlarda namizədlərə verilən vaxt məsələsinə də toxunub: “Yenə də araşdırma apararıq və ehtiyac olarsa, bəzi fənlər üzrə nəsə etmək olar. Test tapşırıqlarının çətinliyi məsələsi ibtidai sinif, riyaziyyat və ingilis dili fənnləri üzrə müəllimlərin işə qəbulu ehtimalına təsir etməyib və ya etmir”.

E.Əmrullayev vurğulayıb ki, əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplanmasıdır: “Sıralamada digər namizədlərdən üstünsünüzsə, o zaman işə qəbul şansınız daha çox olur”.

Nazir eyni zamanda əlavə edib ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq: “Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s. Ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfdarıyam”.

Son xəbərlər

Orphus sistemi