Emin Əmrullayev: "Bakıda müəllimlərin işə qəbulunda rəqabət olduqca yüksəkdir"

Emin Əmrullayev: "Bakıda müəllimlərin işə qəbulunda rəqabət olduqca yüksəkdir" “Bu gün 60 mindən çox namizəd müəllim olmaq üçün qeydiyyatda keçib. Bundan təxminən 8000-ə yaxın vakant yer üçün müəllim seçmək rəqabətlilik deməkdir. Rəqabət olan yerdə də inkişaf olur”.
Elm və təhsil
18 İyun , 2021 10:24
Emin Əmrullayev: Bakıda müəllimlərin işə qəbulunda rəqabət olduqca yüksəkdir

“Bu gün 60 mindən çox namizəd müəllim olmaq üçün qeydiyyatda keçib. Bundan təxminən 8000-ə yaxın vakant yer üçün müəllim seçmək rəqabətlilik deməkdir. Rəqabət olan yerdə də inkişaf olur”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Bakı şəhəri üzrə rəqabət olduqca yüksəkdir və bu, təbiidir: “Seçim kriteriyaları daha çox məktəb və gələcək reallıqların istiqamətinə yönəldilməlidir. Bu il pandemiya ilə əlaqəli çox dəyişikliklər edilmədi və yeniliklərə meyil olunmadı. Çalışırıq ki, seçim zamanı rəqabəti təmin edək. Zaman keçdikcə sualların məzmunu və əhatəliyi artır”.

Son xəbərlər

Orphus sistemi