Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"

Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir" "Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar"
Elm və təhsil
8 Mart , 2021 13:59
Emin Əmrullayev: Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir
Emin Əmrullayev

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi