Elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan şəxslərin sayı açıqlanıb

Elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan şəxslərin sayı açıqlanıb Onların yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir
Elm və təhsil
19 Yanvar , 2016 17:54
Elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan şəxslərin sayı açıqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bu ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçılardır". "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var: "Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 66 həqiqi və 114 müxbir üzvü var".

Son xəbərlər

Orphus sistemi