Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası təsdiqlənib

Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası təsdiqlənib Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb
Elm və təhsil
1128
12 Oktyabr , 2017 00:36
Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası təsdiqlənib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sənəddə bildirilir: “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərara alır:

“Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin".

Son xəbərlər

Orphus sistemi