Elmar Qasımov BANM-in bir qrup Prezident təqaüdçüsü ilə görüşüb

Elmar Qasımov BANM-in bir qrup Prezident təqaüdçüsü ilə görüşüb Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 2018-ci ildə qəbul olunan Prezident təqaüdçüləri ilə görüş keçirib.
Elm və təhsil
17 Oktyabr , 2018 10:33
Elmar Qasımov BANM-in bir qrup Prezident təqaüdçüsü ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 2018-ci ildə qəbul olunan Prezident təqaüdçüləri ilə görüş keçirib. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Ölkədə bu il I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfərin hər biri ilə yaxından tanış olan rektor tələbələri BANM-a daxil olmaqları münasibətilə ürəkdən təbrik edib.

Rektor qeyd edib ki, 17 yaşında Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanına düşmək hər bir gənc üçün böyük uğur və fəxrdir: “Bu adı layiqincə daşımaq sizin öz əllərinizdədir. BANM olaraq biz sizin hərtərəfli yetişməyinizdə maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik”.

Ali Məktəbin 2018-ci il Prezident təqaüdçülərinin 13-ü “İnformasiya təhlükəsizliyi”, digər 13-ü isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alacaqlar.

Prezident təqaüdünə layiq görülən 26 nəfərin 13-ü 700 bal, qalan 13-ü isə 695 bal toplayıb. Prezident təqaüdçülərinin 6-sı qız, 20-si isə oğlandır.

Qeyd edək ki, BANM bu il ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir. 

Son xəbərlər

Orphus sistemi