Elmar Qasımov BANM-ə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb

Elmar Qasımov BANM-ə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb Ali Məktəb 700 bal toplamış tələbələrin sayına görə ölkədə birinci yerdədir
Elm və təhsil
17 Oktyabr , 2017 10:07
Elmar Qasımov BANM-ə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb
BANM

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu il Ali Məktəbə qəbul olunan və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb. 

Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

E.Qasımov bu il BANM-ə qəbul olan Prezident təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayaraq buna görə böyük fəxr hissi duyduğunu bildirib.

Rektor Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasına böyük bir investisiya olacağını vurğulayıb. O, tələbələri bir daha təbrik edərək gələcək dərslərində müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü məhz BANM-i seçib. Prezident təqaüdçüləri arasında 3 qız və 4 oğlan olmaqla 7 nəfər 700 balla qəbul olan tələbələrdir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə məhz Prorseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Bu ixtisas ölkədə bütün rekordları aşaraq “İlin ixtisası” olub.

Xatırladaq ki, BANM 700 bal toplamış tələbələrin sayına görə ölkədə birinci yerdədir. 

Son xəbərlər

Orphus sistemi