​Azərbaycanda elm sahələri üzrə tədqiqat aparanların əksəriyyəti qadınlardır

​Azərbaycanda elm sahələri üzrə tədqiqat aparanların əksəriyyəti qadınlardır Onlardan 70 faizini tədqiqatçılar təşkil edir
Elm və təhsil
1198
7 Yanvar , 2016 14:14
​Azərbaycanda elm sahələri üzrə tədqiqat aparanların əksəriyyəti qadınlardır

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda müxtəlif elm sahələri üzrə tədqiqat aparan insanların 8666 nəfəri qadın, 7 471-i kişidir.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2014-cü ildə Azərbaycanda elmi tədqiqat və işləmələrlə 23 329 mütəxəssis məşğul olub ki, onların 16 337 nəfərini (70 faizini) tədqiqatçılar təşkil edib.

Mütəxəssislərdən hər üç nəfərindən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi olub.

Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 10 026 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışırlar.

Onların yarısı elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.  

Son xəbərlər

Orphus sistemi