Eksternat imtahanlarının nəticələri açıqlanıb

Eksternat imtahanlarının nəticələri açıqlanıb Ümumi orta təhsil səviyyəsi üzrə 67 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 241 nəfər müvəffəqiyyət qazanıb
Elm və təhsil
138
25 May , 2016 12:50
Eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, ümumi orta və tam orta təhsilini bitirə bilməyən şəxslər üçün mayın 11, 12 və 13-də eksternat qaydasında imtahanlar keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün 533 nəfər qeydiyyatdan keçib, Bakı şəhəri 45 saylı tam orta məktəbdə baş tutmuş imtahanda isə 506 nəfər iştirak edib.

Ümumi orta təhsil səviyyəsi üzrə 67 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 241 nəfər eksternat qaydasında keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanıb.