Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb

Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb Bakı. 1 may. REPORT.AZ/ Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb.
Elm və təhsil
1865
1 May , 2018 10:36
Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb

Bakı. 1 may. REPORT.AZ/ Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 378 ərizə qeydiyyata alınıb.

BŞTİ-nin 4 aprel 2018-ci il tarixli əmrinə əsasən, eksternat imtahanları 15-16 may tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Ərizələri qəbul edilən eksternlər 7, 8, 10, 11 may tarixlərində saat 10:00-dan 18:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanan şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi