BŞTİ: "Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin tikintisi tamamlanıb"

BŞTİ: "Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin tikintisi tamamlanıb" Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.
Elm və təhsil
1185
30 Avqust , 2021 15:33
BŞTİ: Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin tikintisi tamamlanıb

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, 1 məktəbin (205 nömrəli tam orta məktəb) sökülərək yenidən tikintisi tamamlanıb.

2 məktəbdə (71 və 307 nömrəli tam orta məktəblər) əsaslı təmir və əlavə korpusun tikintisi, 1 məktəbdə (320 nömrəli tam orta məktəb) bərpa-gücləndirilmə və əsaslı təmir işləri davam etdirilir.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivi, Binəqədi rayonu Xocasən qəsəbəsi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi “Bolluq” yaşayış massivi, Binə qəsəbəsi “Atıcılıq” yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbin (35, 87 və 263 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi və 1 məktəbin (126 nömrəli tam orta məktəb) əsaslı təmiri işləri davam etdirilir.

Eləcə də ehtiyac olan 54 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılır.

Son xəbərlər

Orphus sistemi