​Ədliyyə orqanlarında işləmək istəyənlər üçün yenilik

​Ədliyyə orqanlarında işləmək istəyənlər üçün yenilik İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçib
Elm və təhsil
647
17 Noyabr , 2014 10:28
​Ədliyyə orqanlarında işləmək istəyənlər üçün yenilik

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) noyabrın 19-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilib.

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək. Sənədlərin qəbulu Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrın 17-dən noyabrın 14-dək aparılıb. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçib.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.