“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək.
Elm və təhsil
9 Yanvar , 2020 16:20
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müəyyən olunmuş kvota əsasında hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər.

“Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər) və ölkə olmaqla 3 mərhələdə təşkil edilir. Müvafiq Qaydalara əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib.

Qeyd edək ki, Təhsil Nazirliyi artıq beşinci ildir ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

Son xəbərlər

Orphus sistemi