Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib

Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib Seçkinin nəticələrini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb
Elm və təhsil
26 Noyabr , 2015 12:49
Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib

Bakı. 26 noyabr. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyasında Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib. “Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb. 

Nazirin sözlərinə görə, Əbdüləziz Osman əl-Tuveycrinin biliyi və təcrübəsi dünyanın sülhsevər proseslərinə, İslam dininin imicinin daha da yaxşılaşmasına bundan sonra da kömək edəcək.

Əbdüləziz Osman əl-Tuveycri isə qeyd edib ki, yenidən baş direktor seçilməsi böyük məsuliyyətdir: “Yenidən bu səlahiyyəti mənə tapşırdığınız üçün hər kəsə təşəkkür edirəm. Bu işi davam etdirmək mənim üçün böyük qürurdur. 2 dövr üçün seçilmək çox qürurverici hadisədir. Ümid edirəm ki, komandamız bir neçə il ərzində İslam dünyasında aparılan birgə işlərə xüsusi diqqət yetirir. Bununla da sizin mənə olan inamınızı sarsıtmamağa çalışıram. Sössüz ki, hədəfələrə, məqsədə nail olmaq üçün müəyyən problemlərə rast gəlirik. Lakin yenə də öz vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”. 

O vəd edib ki, İslam ümmətinə xidmətini uğurlu şəkildə davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi