Dünyaca məşhur nəşriyyat yüzlərlə kitaba onlayn girişi açıq etdi

Dünyaca məşhur nəşriyyat yüzlərlə kitaba onlayn girişi açıq etdi Kembric Universitetinin nəşriyyatı 700-dən çox kitaba onlayn girişi açıq edib.
Elm və təhsil
19 Mart , 2020 17:53
Dünyaca məşhur nəşriyyat yüzlərlə kitaba onlayn girişi açıq etdi

Kembric Universitetinin nəşriyyatı 700-dən çox kitaba onlayn girişi açıq edib.

“Report” xəbər verir ki, nəşriyyat bu addımı koronavirusla əlaqədar karantində olanlara dəstək olmaq üçün atıb.

Girişi açıq olan e-kitablar universitet tələbələrinin istifadə etdiyi dərsliklərdir. Dərsliklər iqtisadiyyat, dilçilik, fəlsəfə, tibb və s. elmləri əhatə edir. Kitabları endirmək mümkün deyil, onları onlayn yalnızca HTML formatında oxumaq olar. Açıq giriş may ayınadək davam edəcək.

Qeyd edək ki, nəşriyyat texniki problemlərlə bağlı açıq girişi müvəqqəti olaraq dayandırsa da, yaxın zamanda bərpa edəcəyini vurğulayıb.

Bundan başqa, Rusiyanın məşhur “Alpina” nəşriyyatı da analoji addım ataraq 70 kitaba onlayn girişi açıq elan edib. “GIFT_STAYHOME” promokodu nəşriyyatın xüsusi “Hər kəs evdə ikən” kolleksiyasına daxil olan bütün nəşrlərində keçərlidir. Aksiyadan aprelin sonunadək nəşriyyatın saytı və iOS ilə “Android” üçün nəzərdə tutulmuş əlavəsində yararlanmaq olar. Kitablara girişi əldə etmək üçün saytda və ya əlavədə qeydiyyatdan keçməli və promokodu yığmaq lazımdır.  

Son xəbərlər

Orphus sistemi