Dövlət qulluğuna ümumi müsahibə üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan edilib

Dövlət qulluğuna ümumi müsahibə üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan edilib
Elm və təhsil
1675
15 Yanvar , 2018 12:08
Dövlət qulluğuna ümumi müsahibə üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan edilib
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçən ilin dekabr ayının 15-də elan edilən ümumi müsahibədə iştirak etmək üçün 62 namizəd müraciət edib.

DİM-dən "Report"a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərlə müsahibələrin keçirilməsinin tarixi və vaxtı barədə qrafik təqdim edilib.

Həmin qrafiklə bu linkdən tanış olmaq mümkündür. 

Qeyd edək ki, ümumi müsahibə - vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilir.