Dövlət qulluğuna qəbul üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Dövlət qulluğuna qəbul üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib Bakı. 14 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayn 2-3-də elan edilən müsabiqə üzrə müsahibələrdə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Elm və təhsil
14 İyun , 2018 13:07
Dövlət qulluğuna qəbul üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayn 2-3-də elan edilən müsabiqə üzrə müsahibələrdə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. 

DİM-dən "Report"a verilən məlumata görə, namizədlərlə müsahibələrin mərkəzin Bakı şəhərində yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur.

Müsahibələr Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tarif (qiymət) Şurasının Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcəkdir. Müsahibələrin 25 iyun 2018-ci il tarixində başlanılması və 6 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.

Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bələdiyyə torpaqlarının hərraclarının təşkili şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 52), Hərracların Təşkili üzrə Auksion Mərkəzi, 1 saylı zona bölməsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 31), Daxili nəzarət şöbəsində məsləhətçi (1 vakant yer üzrə 22) vəzifələri üzrə müşahidə edilir.

Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsi ( 20 vakant vəzifə üzrə 268 müraciət) və Nəsimi Rayon Məhkəməsi (4 vakant yer üzrə 16 müraciət) üzrə müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi