Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat başa çatır Bakı. 9 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan etdiyi müsabiqədə vakant vəzifələrə qeydiyyat bu gün saat 18:00-dək davam edəcək.
Elm və təhsil
9 Mart , 2018 12:08
Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat başa çatır
Report

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan etdiyi müsabiqədə vakant vəzifələrə qeydiyyat bu gün saat 18:00-dək davam edəcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi