Dövlət qulluğuna qəbul üçün ilk müsabiqənin tarixi dəqiqləşib

Dövlət qulluğuna qəbul üçün ilk müsabiqənin tarixi dəqiqləşib Balların hesablanması qaydası dəyişdiriləcək
Elm və təhsil
20 Oktyabr , 2017 10:19
Dövlət qulluğuna qəbul üçün ilk müsabiqənin tarixi dəqiqləşib
Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Dövlət qulluğuna qəbul üçün ilk müsabiqənin tarixi dəqiqləşib. 

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov məlumat verib. 

Onun sözlərinə görə, müsabiqə noyabr ayında keçiriləcək: "İmtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər".

B.Xəlilov qeyd edib ki, imtahanlarda açıq tipli test suallarından da istifadə ediləcək: "Bununla yanaşı, balların hesablanması qaydası dəyişəcək. "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi ilə əlaqədar xeyli müddət dövlət qulluğuna qəbul üçün müsabiqə keçirilməyib. Ona görə də dövlət orqanlarında bir çox vəzifələr vakantdır" - sədr müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi