“Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib

“Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib Sonda DİM-in fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Elm və təhsil
21 Aprel , 2017 13:08
“Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib
Report

Bakı. 21 aprel. REPORT.AZ/ “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, seminar Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə baş tutub.

DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Aİ tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, dövlət qulluğu sahəsi üzrə baza yaradılıb və fəaliyyət göstərir: "Bu bazaya dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlər daxil edilib".

Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova deyib ki, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin son vaxtlar müşahidə olunan müsbət dinamikası və bu il Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlaması baxımından önəmlidir. 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafının dövlət qulluğu və dövlət idarəçiliyi sahəsində böyük rolu var. 

Tədbirdə DİM-in əməkdaşları “Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər" barədə təqdimatla çıxış ediblər.

Tədbirin sonunda müzakirələr aparılıb. Sonda DİM-in fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi