Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək Bakı. 23 yanvar. REPORT.AZ/ Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. 
Elm və təhsil
23 Yanvar , 2018 10:30
Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə fevralın 2-də olacaq.

İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat fevralın 2-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün bu keçidə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Son xəbərlər

Orphus sistemi