Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib

Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib Nazirlər Kabineti “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ni təsdiq edib.
Elm və təhsil
25 Avqust , 2019 03:18
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib

Nazirlər Kabineti “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ni təsdiq edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görməsini təmin etməlidir.

Qeyd olunub ki, bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Son xəbərlər

Orphus sistemi