Dövlət İmtahan Mərkəzinin saytı yeni versiyada təqdim olunub

Dövlət İmtahan Mərkəzinin saytı yeni versiyada təqdim olunub Bakı. 25 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) saytının yeni versiyası təqdimatı olub.
Elm və təhsil
25 Dekabr , 2017 13:45
Dövlət İmtahan Mərkəzinin saytı yeni versiyada təqdim olunub
Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) saytının yeni versiyası təqdimatı olub.

"Report" xəbər verir ki, tədbir çərçivəsində bu il keçirilən imtahanlarda xüsusilə fərqlənən imtahan rəhbərləri, nəzarətçi-müəllimlər, dövlət qulluğuna aid işlərin həyata keçirilməsində fəal iştirak edən müstəqil ekspertlər müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair bəzi məsələlər məsələlər barədə ictimaiyyəti məlumatlandırıb, həmçinin imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Görüşdə həmçinin dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin noyabrın 18-də keçirilən test imtahanının nəticələrinə əsasən, müvəffəqiyyət əldə etmiş namizədlərə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak edən namizədlərdən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 4 nəfər olmaqla, ümumilkdə 13 nəfər uğur qazanmışdır. Bu şəxslər dövlət qulluğunda tətbiq olunan yeni qanunvericiliyə əsasən, sertifikat almış ilk namizədlərdir.

Son xəbərlər

Orphus sistemi