Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb - SİYAHI

Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb - SİYAHI Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar
Elm və təhsil
28 Fevral , 2017 11:19
Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb - SİYAHI

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.

DİM-dən “Report”a daxil olan məlumata görə, “Şəxsi kabinet”in hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Bu sıraya ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems); ödəniş sistemlərinin özünəxidmət kioskları; poçt şöbələri və SMS vasitəsilə ödəniş daxildir.

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi