Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Elm və təhsil
108
7 Sentyabr , 2016 18:57
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 16-da Kürdəmir şəhərində vətəndaşlarla görüş keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Göyçay, Ucar, Kürdəmir və Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər. 

Saat 11:00-da Kürdəmir Heydər Əliyev Mərkəzində (Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) keçiriləcək görüşə gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etmələri xahiş olunur. 

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Xatırladaq ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.  

Son xəbərlər

Orphus sistemi