Direktor: "Botanika İnstitutunun binasının söküləcəyi ilə bağlı məlumatlar şayiədir"

Direktor: "Botanika İnstitutunun binasının söküləcəyi ilə bağlı məlumatlar şayiədir" "Botanika İnstitutunun sökülməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir".
Elm və təhsil
5 may 2023 09:12
Direktor: Botanika İnstitutunun binasının söküləcəyi ilə bağlı məlumatlar şayiədir

"Botanika İnstitutunun binasının söküləcəyi ilə bağlı məlumatlar şayiədir və həqiqəti əks etdirmir".

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüblər: "İcra başçısı problemlərimizlə maraqlandı və bizi narahat edən məsələlərə aydınlıq gətirdi".

Direktor bildirib ki, görüşdən sonra Botanika İnstitutunun binasının sökülməyəcəyinə əmin olublar.

Son xəbərlər

Orphus sistemi